Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Azərbaycanla Serbiya arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları genişdir

25.07.2024 [16:29]

Xəbərin mətni

Ötən illə müqayisədə bu ilin ilk altı ayında ticarət dövriyyəmiz beş dəfə artıb. Bu artımda həm Azərbaycandan Serbiyaya ixrac edilən məhsulların, həm də Serbiyadan Azərbaycana idxal edilən məhsulların çeşidləri böyük rol oynayır. Eyni zamanda, ölkələrimiz arasında nəqliyyat əməkdaşlığının genişləndirilməsi, həm hava, həm dəmir yolu, həm də avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yükdaşımaların artırılması imkanları müzakirə edildi. Hər iki ölkənin turizm potensialı məsələlərinə də toxunuldu.

AZƏRTAC xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Serbiya arasında Hökumətlərarası Komissiyanın 8-ci iclasının nəticələrinə dair brifinqdə söyləyib.