Azərbaycan Dövlət İnformasiya Agentliyi

Biləsuvar sakini xaricə bildirçin əti ixrac etməyi planlaşdırır

25.07.2024 [17:39]

Ənənəvi quşçuluq təsərrüfatları ilə yanaşı, bölgələrdə təbiətdən gətirilən əhilləşdirmə yolu ilə artırılan intensiv quşçuluq təsərrüfatlarının da sayı ilbəil artmaqdadır.

AZƏRTAC xəbər verir ki, Biləsuvarın Ağalıkənd kənd sakini Taleh Zeynalov 6 aydır ki, bu maraqlı və gəlirli sahənin izinə düşüb.

İlk öncə, həyətində zövqlə yaratdığı kiçik fermaya öz şəxsi vəsaiti hesabına iki ədəd 10 min ədəd yumurta tutumlu inkubator aparatı alıb. Paytaxtdan əldə etdiyi 5000 ədəd Texas bildirçin yumurtası ilə fəaliyyətə başlayıb. Hələlik anası Dilbazi xanımla çalışdığı kiçik təsərrüfatında bildirçinlərin sayı 10 min başı ötüb.