Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azyaşlılar arasında dəniz suyunun səbəb olduğu infeksiyalar artıb

26.07.2024 [18:42]

Mədə-bağırsaq  problemləri, ürək bulanma, qusma, yüksək hərarət... Bu cür şikayətləri dəniz sezonu açılandan sıx-sıx eşidirik. Mütəxəssislərin sözlərinə görə, buna səbəb vətəndaşların qadağan olunan, dəniz suyunda infeksiya miqdarının çox olduğu çimərliklərdən istifadə etmələridir. Bu xüsusilə azyaşlılar üçün daha ciddi təhlükədir. Çünki adətən uşaqların dənizdə çimərkən bu suyu udmaları sağlamlıqlarına mənfi təsir göstərir.