Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bioloji aktiv qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlarla AQTİ-də görüş keçirilib

26.07.2024 [19:22]

Xəbərin mətni

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) bioloji aktiv qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinin rəhbərləri və digər məsul şəxslərinin iştirakı ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a AQTİ-dən bildirilib.

Görüşdə AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev qonaqlara İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycanda qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin müasir tələblərə uyğunlaşdırılması, maddi-texniki bazanın modernləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir. Qeyd olunub ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. İnstitutun Analitik Ekspertiza Mərkəzinin tabeliyindəki bu laboratoriyalar müxtəlif beynəlxalq səriştəlilik sınaqlarında uğurla iştirak edir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI