BMCMİ əməliyyat keçirib - 7 nəfər saxlanılıb
26.07.2024 [19:28]
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, narkotik vasitələrin kultivasiyası və dövriyyəsi ilə məşğul olan, eləcə də dələduzluq yolu ilə vətəndaşların maddi vəsaitini ələ keçirən şəxslərə qarşı paytaxt və bölgələrdə əməliyyatlar keçirib. Tədbirlər zamanı saxlanılan 3 nəfərin hər birindən “Kalaşnikov” avtomatı, daraqlar və 103 ədəd patron aşkarlanıb.