Pulları harada saxlamaq güvənlidir?
26.07.2024 [19:54]
İnsanların heç də hamısı əldə etdikləri gəliri tam xərcləmirlər.Əksər insanlar qazanclarının bir hissəsinə qənaət etməyə üstünlük verirlər. Nəzəri cəhətdən pula qənaət həm etibarlı maliyyə təminatına sahib olmaq, həm də gələcək xərclərini təmin etmək və həyatın qeyri-müəyyənliklərinə hazırlıqlı olmaq deməkdir. Bütün bunlarla yanaşı qənaət etdiyimiz pulu harda saxlamağımız da olduqca vacib məsələdir. Bank eksperti Emin Kərimovun sözlərinə görə insanların öz pul vəsaitlərini banklarda saxlaması həm gəlirlilik cəhətdən, həm risk baxından daha etibarlıdır.