Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəkidə keçirilən seminar-müşavirədə Milli Məclisə seçkilərdə polisin xidməti fəaliyyətinə dair məsələlər müzakirə olunub

26.07.2024 [20:45]

Xəbərin mətni

Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində iyulun 26-da Şəki şəhərində keçirilən regional seminar-müşavirədə seçkilərdə polisin xidməti fəaliyyətinə dair məsələlər ətraflı müzakirə olunub. Seminar-müşavirədə MSK-nın və Daxili İşlər Nazirliyinin nümayəndələri, ölkəmizin şimal-qərb bölgəsində, eləcə də ətraf şəhər və rayonlarda fəaliyyət göstərən 17 seçki dairəsi üzrə dairə seçki komissiyalarının sədrləri, şəhər və rayon polis şöbələrinin məsul əməkdaşları iştirak ediblər.