Binəqədidə xanım sürücünün avtomobilindən pul və kosmetik əşyalar oğurlayan şəxs saxlanılıb
27.07.2024 [10:34]
Binəqədi rayonu ərazisində avtomobildən oğurluq olub. Polisə müraciət edən qadın sürücü “KİA” markalı avtomobilindən 1670 manat, 3000 dollar, 2 ədəd mobil telefon və kosmetik vasitələr olan çantanın oğurlandığını bildirib. Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 1975-ci il təvəllüdlü Zakir Əliyev müəyyən olunaraq saxlanılıb. Onun avtomobildən etdiyi oğurluq müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. Faktla bağlı araşdırma aparılır.