CƏMİYYƏT


Dünya səyyahları Xudafərin körpüsü ilə yaxından tanış olublar

Dünyanın ən nəhəng dörd səyyah klublarından biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Çarlz Vilinin (Charles Veley) rəhbərlik etdiyi 13 ölkədən olan səyyahlar səfərin üçüncü günündə Cəbrayıl rayonu ərazisində yerləşən tarixi abidə, Xudafərin körpüsündə olublar. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səyyahlar Araz çayı üzərində yerləşən Xudafərin körpüsü ilə yaxından tanış olublar. Xudafərin körpüsü barədə, həmçinin Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət izləri haqqında səyyahlara məlumat verilib.