Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qusarçay üzərində alternativ yolu sel aparıb, Qubadan sərhədə gedən yol müvəqqəti bağlanıb

27.07.2024 [18:38]

Xəbərin mətni

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 181-ci kilometrliyində Qusarçay üzərindəki körpüdə on gün əvvəl əsaslı təmir işlərinə başlanılıb. Bununla əlaqədar körpünün yaxınlığında, çayın içindən alternativ yol çəkilib. Amma son günlər bölgədə yağan güclü yağışlar nəticəsində Qusarçaya gələn güclü sel alternativ yolun bir hissəsini yuyub. Hazırda Qubadan dövlət sərhədi, həmçinin Xudat şəhəri istiqamətində yol bağlıdır.