Oğuzda ağır yol nəqliyyat hadisəsi baş verib
29.07.2024 [10:06]
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonun Padar kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Oğuz rayon sakini 34 yaşlı Nicat Məmmədəliyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində maşın yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Nicat Məmmədəliyev Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.