Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb

29.07.2024 [10:23]

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin qüvvələri tərəfindən fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb. Belə ki, yağan intensiv yağışlarla əlaqədar Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində və Göygöl rayonunun Aşıqlı kəndində fərdi yaşayış evlərinin zirzəmilərinin və həyətyanı sahələrinin subasmaya məruz qalması barədə daxil olan məlumatlar əsasında göstərilən yaşayış məntəqələrinə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.