Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qəbələdə narkotiklərin dövriyyəsini təşkil edən şəxs tutulub

29.07.2024 [10:50]

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qamunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş İlqar Nəsirov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirilən 20 ədəd çətənə kolu və 1 kiloqram marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.