Ceyhun Kərəmov: Şuşa Dövlət Peşə Təhsil Mərkəzində 3 yeni ixtisas ölkədə ilk dəfə tədris olunacaq
29.07.2024 [12:50]
Xəbərin mətni
Şuşa Dövlət Peşə Təhsil Mərkəzində 3 yeni ixtisas ölkədə ilk dəfə tədris olunacaq. AZƏRTAC xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iyulun 29-da keçirilən brifinqdə deyib. O bildirib ki, həmin peşələr daş memarlıq abidələrinin bərpaçısı, bədii tikmə ustası, musiqi alətlərinin ustası ixtisaslarıdır.