Diqqətli olun: Qohumlarınızın səsi ilə aldadıla bilərsiniz
29.07.2024 [19:22]
Ölkəmizdə və dünyada ən son texnologiyaların inkişaf etdiyi bir vaxtda, təəssüf ki, kibercinayətkarlıq halları da artır. Aidiyyəti qurumlar tərəfindən insanlar daim məlumatlandırılsa da, kiberdələduzlar da aldatma üsullarını dəyişir, sözün əsl mənasında müasir texnologiyadan tam olaraq onlar da faydanalanırlar. Bu dəfə isə onlar vətəndaşları elə öz tanıdığı adamların, yaxın qohumlarının səsi və ya görüntüsü ilə aldatmağa çalışırlar. İnformasiya texnologiyaları üzrə ekspert Elvin Abbasovun sözlərinə görə, sözügedən kiberdələduzluq halları suni intellektin köməyi ilə edilir və bir çox xarici ölkələrdə bilinən bir dələduzluq halıdır.