CƏMİYYƏT
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
30.07.2024 [11:14]
Xəbərin mətni
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
AZƏRTAC xəbər verir ki, iyulun 30-da respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə daha 21 ailə - 79 nəfər köçürülüb.