Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda 6 qədim yemiş sortunun bərpası həyata keçirilib

30.07.2024 [17:40]

Xəbərin mətni

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun seleksionerləri Azərbaycanın 6 qədim yemiş sortunun bərpasını həyata keçiriblər. Azərbaycanın müxtəlif bölgələrinə ekspedisiyalar zamanı itməkdə olan yemiş sortlarının toxumlarından nümunələr götürülüb.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nümunələr institutun seleksiyaçı alimləri tərəfindən öyrənildikdən sonra biotexnologiya laboratoriyasında çoxaldılıb və ilkin toxumçuluq həyata keçirilib. Yenidən bərpaolunan qədim yemiş toxumlarının Kürdəmir rayonundakı fərdi təsərrüfatda eksperimental əkini aparılıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI