Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

31.07.2024 [12:00]

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

AZƏRTAC xəbər verir ki, respublikamızın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 18 ailə (60 nəfər) - keçmiş məcburi köçkünlər Laçın şəhərinə yola düşüblər.