Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Cavanşir” körpüsünün ərazisində yeni yolun inşası yekunlaşır

31.07.2024 [14:18]

“Cavanşir” yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yol infrastrukuturunun yaradılması istiqamətində işlər yekunlaşmaq üzrədir. “İnşaat Norma və Qaydaları”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər çərçivəsində ərazidə körpünün sökülməsi, sökülmüş hissələrin ərazidən daşınması işləri görülüb. Daha sonra ərazidə yararsız qrunt qazılaraq çıxarılıb, kommunikasiya xətləri köçürülüb, ardınca əks-dolğu işləri icra olunaraq yeni yol yatağı inşa edilib.