CƏMİYYƏT
Nəsimi rayonunda növbəti “Abad həyət” sakinlərin istifadəsinə verilib
31.07.2024 [15:59]
Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir. Bakı şəhər İcra Hakimiyyətinin və Nəsimi rayon İcra Hakimiyyətinin birgə layihəsi çərçivəsində 450 sakinin yaşadığı Cavadxan küçəsi 34 və 38 saylı, hər ikisi 4 girişli, 5 mərtəbəli binalarda və ətraf ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.