Azərbaycan Dövlət İnformasiya Agentliyi

8 Noyabr prospektində əsaslı təmir işləri sürətlə davam etdirilir

01.08.2024 [11:22]

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 8 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir.Paytaxtın əsas prospektlərindən biri sayılan və uzunluğu 10 km olan 8 Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.