Ölkəyə yem məhsulları idxal edən sahibkarların diqqətinə: Nəzarət gücləndirilir
01.08.2024 [13:00]
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əhalinin həyat və sağlamlığının yüksək səviyyədə təmin olunması məqsədilə istər yerli, istərsə də idxal edilən, qanunvericiliyin tələblərinə uyğun olmayan yem əlavələri və yem məhsullarının ölkədə dövriyyəsinə icazə verilməyəcək. Tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan yem məhsullarının, həmçinin yem əlavələrinin idxalını həyata keçirmək istəyən sahibkarlar qeydiyyat üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət etməlidirlər. Bununla bağlı AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov məlumat verib.