Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir
01.08.2024 [18:28]
Hər bir xalqın milli dəyərini təyin edən əsas amilllərdən biri onun dilidir. Azərbaycan dilinin mövcud təhlükədən qorunması və gələcək nəsilə çatdırılmasında Ulu öndər Heydər Əliyevin rolu misilsizdir. Sovet dövründə belə, bütün çətinliklərə baxmayaraq, Azərbaycan dili mövcudluğunu qoruyub saxlaya bilib. Bu gün - avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Bu fərmanın verilməsi ilə dilimiz ölkəmizlə yanaşı, ictimai-siyasi və diplomatik dünya sistemində sürətlə inkişaf etməyə başladı. Beynəlxalq tədbirlərdə də Azərbaycan dilindən istifadə edilməsi, səslənməsi, tanınması əsas proritet istiqmətlərindən biri oldu.