Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Komitə: Tikinti sektorunda ciddi islahatlar aparılır

01.08.2024 [20:14]

Xəbərin mətni

Ölkəmizdə tikinti sektorunda ciddi islahatlar aparılır. Bu sektorda həyata keçirilən tədbirlər şəhərlərimizin simasını formalaşdırmaqla yanaşı, insanların rifahına, yeni iş yerlərinin yaradılmasina xidmət edir. AZƏRTAC xəbər verir ki, bunu “Biznesin yerləşdiyi yer (tikintiyə icazələrin verilməsi) indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol xəritəsi və cari dövr ərzində görülmüş işlərə dair təqdimat” mövzusuna həsr edilən iclasda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.