Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əhməd Rəcəbli və Zərifə Əliyeva küçələrinin təmiri davam etdirilir

02.08.2024 [15:26]

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə təmir işləri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində və Səbail rayonu, Zərifə Əliyeva küçəsində aparılır. Təmir çərçivəsində hazırda Zərifə Əliyeva küçəsində frezlənmə işləri yerinə yetirilir. Əhməd Rəcəbli küçəsində isə artıq frezlənmə və yararsız səki daşlarının yenilənməsi işləri yekunlaşıb, hazırda küçəyə yeni asfalt-beton örtüyü döşənir.