CƏMİYYƏT
İsmayıllıda asma körpünü sel yararsız hala salıb
02.08.2024 [17:58]
Son günlər yağan yağışlardan sonra bəzi çaylarda suyun səviyyəsinin artması İsmayıllı rayonunun Qalacıq kəndindən axan Səngərçay üzərindəki asma körpünü yararsız vəziyyətə salıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kəndi ikiyə bölən Səngərçay üzərində olan və hazırda yararsız hala düşən asma körpünün uzunluğu 70, eni 1 metrdir. Bir neçə il əvvəl kənd sakinləri tərəfindən yenilənən piyada keçidi, çaya gələn güclü sel səbəbindən keçilməz hala düşüb. Körpü yararsız vəziyyətə düşdüyündən çayın sol sahilində vətəndaşlar kəndin əsas hissəsinə keçid edə bilmirlər. Məktəb, poçt, ərzaq mağazaları, inzibati binalar çayın sağ, vətəndaşların çoxu isə sol tərəfdə qalıb.
13.09.2024 [16:46]
10.09.2024 [14:55]
06.09.2024 [17:05]
12.09.2024 [19:54]
13.09.2024 [17:59]
13.09.2024 [16:06]
06.09.2024 [16:53]
13.09.2024 [15:19]
12.09.2024 [16:19]
10.09.2024 [11:55]
09.09.2024 [23:12]
12.09.2024 [11:47]
06.09.2024 [10:59]
01.09.2024 [19:37]
01.09.2024 [17:53]
07.09.2024 [23:28]