Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ucarda yol qəzası baş verib, xəsarət alanlar var

02.08.2024 [21:51]

Hərəkətdə olan iki minik avtomobilin toqquşması nəticəsində maşınlardan biri yoldan çıxaraq su kanalına düşüb. Qəza zamanı hər iki avtomobildə olan sürücü və sərnişinlərin ağır bədən xəsarəti aldıqları bildirilir.