ELM VƏ TƏHSİL


Valideynlərin diqqətinə: köhnə məktəbli formaları qəbul edilməyəcək

Yeni tədris ilindən etibarən şagirdlərin vahid məktəbli formasında dərsə qatılmaları məcburi olacaq. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bununla bağlı valideynlərə müraciət edib. Bildirilib ki, yeni tədris ilindən Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli qərarına əsasən, həm bu il 1-ci sinfə qədəm qoyanlar, eyni zamanda yuxarı sinif şagirdləri vahid məktəbli formasında məktəbə getməlidirlər. Bu vaxtadək isə şagirdlər köhnə və ya yeni məktəbli forması ilə dərslərdə iştirak edə bilirdilər. Təsdiqlənən qərara əsasən ümumi təhsil müəssisələrində 4 növ geyim formasından istifadə ediləcək. Şagirdlərin hansı formada dərsə gedəcəkləri isə məktəbin pedoqoji şurası qərarından asılıdır.