ELM VƏ TƏHSİL


500 nəfər nüfuzlu xarici universitetlərdə təhsil alacaq

Prezident İlham Əliyevin sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, Dövlət Proqramının müddəti uzadılıb və 2022–2028-ci illər olaraq müəyyən edilib. Bundan başqa, qeyd olunan müddət ərzində xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsil alacaq şəxslərin sayı da artırılıb.