Azərbaycan Dövlət İnformasiya Agentliyi

İxtisas seçimi edərkən dələduzların qurbanına çevrilməyin

12.08.2024 [18:37]

İxtisas seçimi başlayandan bir çox abituriyentlərə “DİM-in abituriyent 4 jurnalı çap olunub. Ali məktəbə ixtisas seçimini bizimlə edin, və ya konkret online ünvan göstərilərək”mesajlar göndərilir. Elektron formada avtomatik şəkildə ixtisas seçiminin edilməsi zamanı bir çox təkliflər irəli sürülür. Dövlət İmtahan Mərkəzi isə abituriyentləri diqqətli olmağa çağırır.