Azərbaycanlı şairəyə Özbəkistan universitetinin fəxri professoru adı verilib
20.08.2024 [11:30]
Xəbərin mətni
Şairə Xuraman Muradovaya Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin fəxri professoru adı verilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin professor-müəllim heyəti, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı diplomatik korpusunun və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri, jurnalistlər, tələbələr iştirak ediblər.