Ali təhsil müəssisələrində təhsil haqqı necə təyin edilir?
20.08.2024 [18:52]
Ölkəmizdə yeni tədris ilinin başlanmasına 1 aydan da az vaxt qalıb. Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb və abituriyentlər hansı ali təhsil müəssisəsinə qəbul olacağını səbirsizliklə gözləyirlər. Belə bir vaxtda tələbə adını qazanacaq bir çox abituriyentləri düşündürən əsas məsələlərdən biri də qəbul olacaqları universitetin illik təhsil haqqının nə qədər olacağıdır. Biz də elə burdan yola çıxaraq yeni tədris ilində ali təhsil müəssisələrində illik təhsil haqqı məbləğindəki dəyişikliklə bağlı bir neçə ali təhsil müəsisəsiylə əlaqə saxladıq. Azərbaycan Memarlıq və İnşaat Universitetindən bildirildi ki, həmin ali təhsil müəssisəsində təhsil haqqları Təhsil haqqında Azərbaycan Respublikasının qanunlarına əsasən tənzimlənir.