Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar

23.08.2024 [21:52]

Xəbərin mətni

Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva avqustun 23-də Daşkənddə “Mexrli” məktəbi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, birinci xanımlara məktəb barədə məlumat verildi.
Bildirildi ki, Uşaq Hematologiya, Onkologiya və Kliniki İmmunologiya Mərkəzinin nəzdində fəaliyyət göstərən məktəbdə fasiləsiz və keyfiyyətli təhsili təmin etmək məqsədilə uzun müddət xəstəxanada müalicə alan və adi məktəbə və ya uşaq bağçasına gedə bilməyən uşaqlara məktəbəqədər, o cümlədən ümumi orta təhsil verilir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI