Günəşdə baş verən partlayışlar hansı fəsadlara yol aça bilər
24.08.2024 [15:54]
Ötən gün Günəşdə 9 güclü partlayış qeydə alınıb. İlk partlayış 14 dəqiqə davam edib. Sonuncu partlayış Bakı vaxtı ilə saat 00:12-də reallaşıb. Hazırda kosmik havanın monitorinqinə əsasən, Günəş rentgen şüalarının Yerin ionosferinə təsir səviyyəsi zəifdir. Bəs bu cür ard-arda baş verən partlayışların səbəbi nədir? Seysmoloq Ənvər Əliyev bildirir ki, bu cür partlayışlar 11 ildən bir baş verir.