Qaxda bir sinfin bütün məzunları tələbə adını qazanıb
25.08.2024 [14:53]
Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin XIA sinif şagirdləri rayon üzrə rekord nəticə göstərib - 19 məzunun hamısı yüksək balla ali məktəblərə qəbul olunub.
AZƏRTAC xəbər verir ki, 2 nömrəli məktəb 1979-cu ildən fəaliyyət göstərir. Rayonda müxtəlif xalqların nümayəndələri yaşadığından bu təhsil ocağında da onların fəaliyyəti, təhsil alması üçün bütün imkan və şərait yaradılıb. Belə ki, burada üç dildə - Azərbaycan, rus və gürcü dillərində tədris aparılır. Diqqəti cəlb edən məqam budur ki, ölkədə ən tolerant və multukultural təhsil ocaqlarından olan 2 nömrəli məktəb bütün dövrlərdə şagird və müəllimlərinin uğurları ilə seçilib. Bu il isə məktəbin XIA sinif şagirdlərinin hamısı ali məktəblərə qəbul olunub.