Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Ali məktəblərdə boş qalan plan yerlərinin sayı açıqlanıb

26.08.2024 [12:16]

Xəbərin mətni

Ali təhsil müəssisələrinə ixtisas seçimi müsabiqəsinin I mərhələsindən sonra I ixtisas qrupu üzrə 1304, II ixtisas qrupu üzrə 246, III ixtisas qrupu üzrə 400, IV ixtisas qrupu üzrə 463, V ixtisas qrupu üzrə isə 348 plan yeri boş qalıb.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə avqustun 26-da keçirdiyi mətbuat konfransında söyləyib.