TKTA: Heç bir xaricdə təhsil şirkətilə əməkdaşlıq etmirik
27.08.2024 [19:13]
Bəzi şirkətlər guya Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əməkdaşlıq etdiklərini vəd edərək vətəndaşlara distant üsulla təhsil almağı təklif edirlər. Agentlik rəsmisi isə Azərtaca verdiyi müsahibədə xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq edilmədiyini və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımadıqlarını deyir.