Azərbaycan Dövlət İnformasiya Agentliyi

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var

02.09.2024 [10:33]

Xəbərin mətni

Sentyabrın 2-də saat 00:00 radələrində Göyçay şəhəri ərazisində Murad Abdullayevin idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, nəticədə sərnişin, 2003-cü il təvəllüdlü Rəşad Süleymanov sınıq xəsarətləri alıb.