Azərbaycan Dövlət İnformasiya Agentliyi

Güclü külək Qubada ağacı avtomobilin üzərinə aşırıb

02.09.2024 [15:52]

Xəbərin mətni

Güclü külək Quba və Xaçmazda fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba şəhərinin 20 Yanvar küçəsində külək irigövdəli ağacı “Chevrolet” markalı avtomobilin üzərinə aşırıb. Xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.