Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hökm sürən tozlu hava nə vaxta kimi davam edəcək?

02.09.2024 [19:25]

Səhərimizi tozlu hava ilə açdıq desək yanılmarıq. Səhər saatlarında Bakı səmasını bürüyən tozlu hava bir çoxumuzda təşviş yaratdı. Mütəxəssislər irəliləyən saatlarda havadakı tozun miqdarının artdığını müşahidə ediblər.