ELM VƏ TƏHSİL


Qarabağ Universitetində “Cisco” Şəbəkə Akademiyası yaradılır

Elm və Təhsil Nazirliyi və “Cisco” şirkəti arasında əməkdaşlıq çərçivəsində cari tədris ilindən Qarabağ Universitetində “Cisco” Şəbəkə Akademiyasının yaradılması nəzərdə tutulub. AZƏRTAC xəbər verir ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin dəstəyi ilə yaradılacaq akademiyanın məqsədi şəbəkə texnologiyaları üzrə yerli mütəxəssislər hazırlamaqdır. Qeyd edək ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetində dərslər sentyabrın 23-də başlayacaq.