RƏSMİ


Prezident İlham Əliyev Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılışlarında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılış mərasimlərində iştirak edib.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına sənaye parkında görülən işlər barədə məlumat verdi.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən vacib istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. İqtisadiyyatımızın inkişaf vektorlarının dayanıqlı mənbələr hesabına qlobal çağırışlara uyğunlaşdırılması qeyri-neft sənayesinin gücləndirilməsinin önəmini artırır.