ELM VƏ TƏHSİL


Sentyabrın 23-də Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə ilk dərs günü olacaq

Ötən bir il ərzində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Ağdərə rayonu Talış kənd tam orta məktəb və Talış kənd körpələr evi-uşaq bağçası istifadəyə verilib. İki gün əvvəl isə Prezident İlham Əliyevin iştirakı ilə Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin açılışı olub. Sentyabrın 23-də Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə ilk dərs günü təşkil olunacaq.
Bunu Xankəndidə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov deyib.