Ucarda minik maşını yanıb
30.09.2024 [10:27]
Ucarda minik maşını yanaraq yararsız hala düşüb. Hadisə gecə saatlarında rayonun Qaracallı kəndində baş verib. Kənd sakini, Kamal Sarıyevin fərdi yaşayış evinin yardımçı tikilisində olan "Hyundai Sanata" markalı minik maşını anidən alışıb. Alov qısa zamanda bütün maşını əhatə edib.Yanğın nəticədə tikilinin bir hissəsi və minik maşını tamamı ilə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvə cəlb olunub. Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın söndürülüb, ölən və xəsarət alan olmayıb. İlkin ehtimala görə, hadisəyə minik maşınında baş verən qısa qapanma səbəb olub.