Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

30.09.2024 [10:51]

Xəbərin mətni

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
AZƏRTAC xəbər verir ki, bu dəfə Cəbrayıl şəhərinə 40 ailə - 123 nəfər köçürülüb.