CƏMİYYƏT


Dəyirmi masa: “Açıq hökumətin təşviqində və korrupsiyaya qarşı mübarizədə medianın rolu”

Sentyabrın 30-da Medianın İnkişafı Agentliyinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə “Açıq hökumətin təşviqində və korrupsiyaya qarşı mübarizədə medianın rolu” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, media və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Milli Fəaliyyət Planının aidiyyəti bəndlərinin icrası ilə bağlı görülən işlər, korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin həyata keçirilməsində media subyektlərinin və qeyri-hökumət təşkilatlarının imkanlarından bəhs edilib, bu sahədə dövlət qurumları ilə tərəfdaşlıq əsasında həyata keçirilən tədbirlərin vacibliyi vurğulanıb.