Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağa və Şərqi Zəngəzura indiyədək 8500-dən çox keçmiş məcburi köçkün geri qayıdıb

01.10.2024 [12:01]

Xəbərin mətni

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda mərhələli şəkildə bərpa olunan və ya yenidən tikilən yaşayış məntəqələrində bu günədək 8500-dən çox keçmiş məcburi köçkün daimi məskunlaşdırılıb.
Bu barədə AZƏRTAC-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.