CƏMİYYƏT


Baş prokuror: Separatçıların cinayət işində zərərçəkmişlərin sayı çoxdur

“2023-cü ildə Qarabağda keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilən separatçılarla bağlı cinayət işinin istintaqı başa çatıb. Hazırda cinayət işinin materialları ilə tanış olma mərhələsi davam edir. Qeyd edim ki, istintaq materialları ilə tanış olmaq mərhələsi kifayət qədər uzun vaxt tələb edir”.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.