CƏMİYYƏT
Ucarda yanacaqdaşıyan avtomobilin qəzaya uğradığı ərazidə yanğın məhdudlaşdırılıb
Ucarda yanacaqdaşıyan avtomobilin qəzaya uğradığı ərazidə yanğın məhdudlaşdırılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.