ELM VƏ TƏHSİL


Dövlət ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb

Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, 2024-2025-ci tədris ilində idarənin tabeliyindəki 287 ümumi təhsil müəssisəsinin məktəbəhazırlıq qruplarına 23 min 438 uşaq qeydiyyatdan keçib.